Texniki İstehsalat Departamentinin Mühəndisi
Tələb olunan iş Bacarığı:
- Layihələrin araşdırılması, iş həcimləri hesablanması.
- Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların tərtib olunması.
- Yerinə yetirilmiş Tikinti qurlaşdırma işlərinin (TQİ) icra aktlarının hazırlanması. Layihələr üzrə təqdim olunan Aktların Sənədlərə Nəzarət və müəssisədaxili TQİ təsdiqi prosedurlarına uyğun olaraq düzgünlüyünün yoxlanması,
- Texniki hesabatların tərtib olunması və eyni adlı sənədlərin yoxlanılması. norma əsasında silinən materiallaırn həcmi ilə faktiki olaraq TQİ yə sərf olunan materialların həcminin müqayisə hesabatının hazırlanması.
- Qanunvericiliyə uyğun olaraq layihələndirilən obyektlərin texniki tapşırıqlara, QOST-a, TNQ-ya, təhlükəsizlik texnikasının norma və tələblərinə uyğunluğunu təmin etmək, obyektlərin istismara buraxılması məqsədilə sənədlərin hazırlanması, FHN-yin ekspertizasından keçirilməsi və rəylərin alınması üçün sənədlərin hazırlanması, qəbul komissiyası üçün sona çatdırılmış obyektlərə aid sənədlərin hazırlanması.
Tələb olunan təhsil və biliklər:
- İnşaat sahəsində Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- Texniki İstehsalat Departamentinin Mühəndisi olaraq 3 (üç) il iş təcrübəsi (bu beynəlxalq təcrübə olarsa əmək haqqına müsbət təsir edəcəkdir)
- Microsoft Office (Excel, Word) və AutoCad proqramlarını əla səviyyədə bilməli.
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olamlı. (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, komandada işləmək bacarığı, diqqətli, məsuliyyətli, müstəqil olmalı.
Digər tələb və şərtlər:
- Əmək haqqı 1500 – 2200 AZN ( təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur. )
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.