Təlimçi (Geyim satışı üzrə)

İşin təsviri

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yenganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Təlimçi (Geyim satışı üzrə)  

Tələblər:

• Ali təhsil (Pedaqoji təhsili olanlara üstünlük verilir);
• Azərbaycan  və rus dillərində səlist bilməlidir. İngilis dilini bilənlərə üstünlük verilir;
• Geyim və ya moda, habelə  qeyd olunan məhsulların satışı  sahəsində təlimlərin keçirilməsi üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
• İnsanlarla güclü ünsiyyət  qurma bacarığına sahib olmalıdır.

Əsas vəzifələr:

• Geyim  brendlərinin xüsusiyyətləri, satışı üzrə təlimlərin keçirilməsi;
• Təlim planının  və təlimə dair metodik vəsaitlərin hazırlanması;
• Təlimin qiymətləndirilməsinin aparılması;
• Təlimdən sonrakı sertifikasiya prosesi ilə bağlı imtahan materiallarının hazırlanması.

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Təlimçi (geyim üzrə)” qeyd edərək öz CV-lərinizi  [email protected]  və ya [email protected]   elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix:  30.09.2018