Metaləritmə zavodu, Pirotexnik

İşin təsviri

Vəzifənin adı: Metaləritmə zavodu, Pirotexnik

Vəzifə öhdəlikləri:

• Sahəyə daxil olan qara və əlvan metal tullantılarının yoxlanmasını, çeşidlənməsini, partlayış və kimyəvi təhlükəli tullantıların aşkar
olunmasını  təşkil edir;
• Sexə verilən metal tullantılarının qapalı və əlvan materiallardan, qeyri-metal tullantılarından təmizlənməsini təmin edir;
• Aşkar olunmuş partlayış təhlükəli maddələrin kənarlaşdırılmasını və zərərsizləşdirilməsini təmin edir;
• Hərbi sursat və kimyəvi tərkibli tullantılara digər şəxslərin  toxunmaması üçün müvəqqəti hasarlanmanı təmin edir;
• Hərbi sursat və kimyəvi tərkibli tullantılar aşkar olunarkən sahədəki işçilərin təxliyyə olunmasını və tapılan maddələrin zərərsizləşdirilməsi üçün müvafiq təşkilatların çağırılması üçün rəhbərliyə müraciət edir;
• Metal şixtə doldurulan zonaya kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin edir;
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edir;       
• Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi qaydalarına və  sanitariya normalarına əməl edir və bu qaydaları pozanlara qarşı
tədbir görmək üçün rəhbərlik qarşısında vəsadət qaldırır; 
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir;
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.    

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Pirotexnik” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.