Energetika şöbəsi, elektrik montyoru

İşin təsviri

Vəzifənin adı: Energetika şöbəsi, elektrik montyoru

Vəzifə öhdəlikləri:

• Elektrotexniki sxemlərin istismarı və quraşdırılması qaydalarını bilməli;
• Avadanlıqları və alətləri saz və işçi vəziyyətdə saxlamalı;
• İş yerində təmizliyə daim riayət etməli;
• Qüvvədə olan normalara uyğun geyimdə və zəruri mühafizə vasitələrində işləməli;
• Xidmət etdiyi sexin elektrik avadanlıqlarını etibarlı, səmərəli və fasiləsiz iş rejimi ilə təmin etməli;
• Verilən göstərişləri vaxtında nümunəvi və yoxlama cihazları, alət və ləvazimatlarla yerinə yetirməli;
• Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməli;
• İstehsalat tapşırıqlarını yalnız işə buraxma vərəqləri verildikdən sonra yerinə yetirməli.
• Tanış olmayan işi yerinə yetirməzdən qabaq bilavasitə sahə rəisindən bu işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimat tələb etməli.
• Yanğın əleyhinə inventarın yerini bilməli və onları tətbiq etməyi bacarmalı.
• Sexin mühəndis elektrikinin (ustanın) göstərişi olmadan sexin elektrik təchizatı sxemində hər hansı bir əməliyyatı yerinə yetirməməli;
• Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planını bilməli və tətbiq etməli.

Təhsil/Təcrübə

• Müvafiq sahə üzrə texniki-peşə təhsilli;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Elektrotexnikanın əsaslarını bilməlidir.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika şöbəsi, elektrik montyoru” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.