Almaniyada tibb bacısı/qardaşı ve baxıcı

  • Medical Company
  • Elanın qoyulma tarixi: 04.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Position:  Tibb bacısı/qardaşı və baxıcı

Company: Medical Company

2019-cu ilin əvvəlindən başlayacaq yeni layihə üzrə Almaniyada tibb bacısı (tibb qardaşı) üzrə vakansiya elan edirik.

• İŞ YERİ – Almaniyadakı klinikalar və qocalar evlərində tibb bacısı/ qardaşı eləcə də baxıcı kimi işləmək və beynəlxalq bir komandanın tərkib hissəsi olmaq
• ƏMƏK HAQQI - 1.500 avro (3.000 manat) dan başlayan aylıq məvacib
• MÜDDƏTSİZ ƏMƏK MÜQAVİLƏSİ – Almaniyadakı tibb müəssisələri ilə
• ALMANİYADA QANUNİ YAŞAMAQ HÜQUQU
• BEYNƏLXALQ SERTİFİKAT – Tibb bacısı/ qardaşı eləcə də baxıcı üzrə

TƏLƏBLƏR

• Tibb kollecindən diplom (tibb bacısı (qardaşı) ixtisası üzrə
• Tibb universitetinin tələbələri və məzunları da yuxarıda qeyd olunan peşə sahəsi üzrə işləmək istədikləri təqdirdə bizə müraciət edə bilərlər (əczaçılıq və ya stomotologiya ixtisasları üzrə diplomlar qəbul olunmur)
• 18-40 yaş arası xanımlar və bəylər
• Almanyada uzunmüddətli yaşamaq və işləmək istəyi
• İş təcrübəsi tələb olunmur, lakin ilk dövrlərdə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
• Alman dili biliyi (B2 səviyyəsində alman dili biliyi tələb olunur və bütün namizədlərdən Almanyaya yola düşənə qədər alman dilini öyrənmək tələb olunur (təxminən 7 ay). Alman dili öyrənmək üçün xərclənən vəsaitlər şirkət tərəfindən qarşılanacaqdır)

Qeyd: Bu layihə üzrə heç bir xidmət rüsumu tələb olunmur, lakin namizədlər Almanyaya yola düşmək üçün yol xərclərini özləri qarşılamalıdırlar

Müraciət etmək üçün xahiş edirik öz CV-inizi və diplomlarınızın skan olunmuş variantını (şəklini) bu email ünvanına göndərin [email protected]

Nəzərə alın ki, hal hazırda bu layihə hazırlanma mərhələsindədir və daha ətraflı məlumat növbəti mərhələlərdə veriləcəkdir.