Avtobus sürücüsü

  • Metak
  • Elanın qoyulma tarixi: 02.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Avtobus sürücüsü

İşin təsviri:

• Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, intervalı gözləmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək;
• Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;
• Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
• Nahar şirkət tərəfindən verilir
• İş vaxtı: 6 gün

Tələblər:

• Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı
• 35-50 yaş
• Yaşayış yeri: Dərnəgül, Qaraçuxur, Hövsan, Xəzər, Əhmədli, Neftçilər əraziləri arzuolunandır
• Əmək stajı sürücü kimi 5 ildən artıq
• Fiziki sağlam
• Məsuliyyətli,  intizamlı,  gərgin iş şəraitində işləmək bacarığı

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=120 03.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.