Logistika üzrə mütəxəssis
İş haqda məlumat
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
- Nəqliyyatın planlaşdırılması və sifarişi;
- Yerli və xarici əməkdaşlarla işgüzar yazışma, xarici (müqavilə, ərizə) və daxili (müqavilələrin tərtibi və yoxlanılması daxil olmaqla) sənədlərlə iş.
- Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.
- Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparmaq;
- Gömrük brokerimiz ilə bərəbər gələn yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesinin nəzarətdə saxlanıması;
- Daşınan yüklərin statusu haqqında məlumatın mütəmadi yenilənməsi
- Yük sənədlərinin yoxlanılması.
Namizədə tələblər
- Cinsi: kişi və qadın
- Logistika və ixrac əməliyyatları sahəsində 1 il iş təcrübəsi;
- Beynəlxalq nəqliyyat, xarici ticarət, INCOTERMS xüsusiyyətlərini bilmə;
- Təhsili: Ali təhsil, üstünlük logistika və xarici ticarət fəaliyyəti ilə bağlı;
- MS Office (Word, Excel, Power Point) proqramını bilməli
- Azərbaycan, Rus dili (səlis), İngilis dili (yaxşı)
- Dürüst, səmimi, məsuliyyətli və diqqətli olma və təşəbbüskarlıq qabiliyyəti
- Analitik düşünmə, tez qərar qəbul etmə ,yarana biləcək problemləri en qısa zamanda həll etmək bacarığı
Əlavə məlumatlar:
- Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 5 gün, 09:00 – 18:00;
E - mail : [email protected]