Korporativ Satış Üzrə Mütəxəssis

İşin təsviri

Beynəlxalq yük daşınması sahəsində güclü bir partnyora çevrilmiş “Sericovia Beynəlxalq Yük Daşımaları və Broker Xidmətləri ” dünyanın ən keyfiyyətli agentləri ilə edilən əməkdaşlıq əsasında, idxal və ixrac daşınmalarında problemsiz, sürətli və etibarlı bir şəkildə istəklərə uyğun olaraq istənilən növ daşımanı həyata keçirən şirkətdir.

Vəzifə: Korporativ Satış Üzrə Mütəxəssis

İş barədə məlumat:

• İnternet üzərindən potensial müştəri və tender axtarışı
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Bazarın təhlili, araşdırmaların aparılması
• İşgüzar yazışmaların həyatakeçirilməsi və korporativ danışıqların aparılması
• Müştərilərə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması
• Cold-calling (şirkətlərə birbaşa gözlənilməz zəng) edilməsi
• Müştəri ilə görüşmələr, təqdimatların keçirilməsi və təkliflərin verilməsi
• Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
• Ziyarət nəticələrinin izlənilməsi.
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması

Namizədə olan tələblər:

• Ali təhsil
• Xanım
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
• Gülərüzlülük və pozitivlik
• Analitik düşüncə
• Yüksək vəzifəli insanlarla satış təcrübəsi
• Ofis proqramlarında və layihə idarəetmə proqramlarında işləmək bacarığı
• Marketinq anlayışı və biznes düşüncə
• Yüksək təqdimat bacarığı və dil qabiliyyəti
• Azərbaycan dili – əla, Rusdili – əla, İngilis dili – yaxşı
• Tək başına işləmək bacarığı

Qeyd: Logistika sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək

İş şəraiti:

• İş vaxtı: həftənin 5 günü, istirahət günləri: şənbə, bazar
• Nahar şirkət tərəfindən təmin edilir

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Korporativ satış üzrəmütəxəssis” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.