Anbar müdiri

  • R-Pharm
  • Elanın qoyulma tarixi: 23.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“R-Pharm” MMC şirkəti - Azərbaycanda müasir standartlara cavab verən dərman zavodunu inşa edir. Bu layihə Azərbaycanın dərman təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, əczaçılıq bazarına daxil olan dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Anbar müdiri

Ümumi vəzifə öhdəlikləri:

• Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
• Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
• Daxil olan sifarişlər əsasında daşımalar üçün malların hazırlanması və yüklənməsi;
• Mal çıxışlarının uçotu;
• Anbar sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgün planlaşdırılması;
• Mal və materialların inventar üzrə qeydiyyatı;
• İnventar idarəetmə sisteminin qurulması və anbaın optimal yerləşdirilməsi;
• Anbar uçotunda sənədləşmənin təşkili;
• Bəlli zamanlarda inventarizasiyanın aparılması;
• Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək.

Tələblər:

• Ali Təhsil;
• Anbar sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri bilmək;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla) və ingilis (yaxşı);
• MS Office proqramlarını yaxşı bilmək;
• Məsuliyyətli, dürüst və dəqiq.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Anbar Müdiri” qeyd edərək   [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.