İşin təsviri
Ümumi vəzifə öhdəlikləri:
- Metroloji ölçmələrdən xəbərdar olmaq;
- Kütlə, temperatur, fiziki-kimyəvi, həcm, mexaniki-həndəsi, elektrik və biotibbi ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi
- Ölçmələrin metroloji nəzarətindən, kalibrləmə üsulları və standartlarından xəbərdar olmaq;
- Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq metroloji təminat üzrə işləri yerinə yetirmək, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini təmin etmək;
- Alınan nəticələri laboratoriya iş dəftərində qeyd etmək, kalibrləmə nəticələrindən ibarət kalibrləmə sertifikatı tərtib etmək
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamaq;
- Lazım olan normativ sənədlərin, yoxlama metodikalarının hazırlamaq və razılaşdırılaraq təsdiq olunması üzrə işləri yerinə yetirmək;
- Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak etməlidir;
- Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
Tələblər:
- Mühəndislik və Metroloqiya üzrə bakalavr dərəcəsi
- Metrologiya sahəsində 3 il təcrübəyə malik
- Kalibrləmə prosedurları haqqında ətraflı biliklərə üstünlük verilir
- Müxtəlif tapşırıqları planlaşdırmaq və onların tamamlanmasını bacarığına malik olmalıdır.
- Rus, ingilis dillərini bilmək
- Kompüterdə Windows, Word, Excel proqramlarında yüksək səviyədə iş vərdişləri;
- Detallara diqqət və dəqiqlik.
- Metrologiya sahəsinin dərindən mənimsəmək həvəsi və daima özünü inkişaf etdirmək istəyi
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin e-mail ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdı