Kran maşinisti, Metaləritmə zavodu

İşin təsviri

Vəzifənin adı: Kran maşinisti, Metaləritmə zavodu

Vəzifə öhdəlikləri:

• İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir;    
• Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir;
• Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
• Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir;
• İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir;
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir;
• İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir;
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli;
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli;
• Kranda kənar şəxslərin olmasına yol verməməli;
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli.

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Kran maşinisti sertifikatı mütləqdir;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri; H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt;
• E-mail: [email protected]