Tərcüməçilərin qəbulu

İşin təsviri

Təşkilat: Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA)

Mövzu: Tərcüməçilərin qəbulu

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası üzvlərin qəbulunu elan edir. Qəbul təqvimi ilə aşağıda tanış ola bilərsiniz:

➡️Müraciət üçün aşağıdakı linkdə yerləşdirilmiş üzvlük formasını doldurmağınız xahiş olunur:

http://agta.az/uzv-ol/

AGTA haqqında məlumatlarla www.fb.com/aztranslators səhifəsində və ya www.agta.az saytında tanış ola bilərsiniz.

AGTA-ya üzvlüyün üstünlükləri:

- Tərcüməçilərin onlayn bazasında daxil edilmə – AGTA-nın daimi üzvləri barədə məlumatlar elektron bazada yerləşdirilir. Bu, müştəriyə birbaşa tərcüməçi ilə əlaqə saxlamağa imkan verir.
- Şəbəkələşmə – AGTA üzvləri bir-biri ilə təcrübə və məlumat mübadiləsində iştirak edirlər. Müxtəlif şəbəkələşmə tədbirlərində iştirak etməklə, əhatənizi genişləndirə bilərsiniz.
- Hüquqlarınızın qorunması – AGTA üzvləri hüquqları pozulduğu halda, hüquqlarının bərpası üçün AGTA-nın dəstəyindən yararlanırlar.
- Endirimlər – AGTA üzvləri AGTA tərəfindən təşkil edilən ödənişli ixtisasartırma kursları, təlimlər, seminarlarda, eləcə də digər tərəfdaş təşkilatların ödənişli tədbirlərində endirim imkanı əldə edirlər. Bundan əlavə, onlar tərəfdaş jurnallar, kompyuter proqramlarını endirimlə əldə etmək imkanına malikdir.
- Loqodan istifadə – yalnız üzvlər AGTA-nın loqosundan və adından öz tərcümeyi-hallarında, yaxud e-poçt ünvanınlarında imza kimi istifadə edə bilərlər.
- Keyfiyyət təminatı –AGTA-ya üzv olan tərcüməçilər Tərcüməçinin Davranış Qaydalarına əməl etmək öhdəliyi götürürlər. Məhz buna görə də bir çox müştərilər AGTA üzvlərini peşəkar tərcüməçi kimi qəbul edirlər.
- İşlə təminatda köməklik – AGTA üzvləri Məşğulluq Bazasında qeydiyyatdan keçməklə, tərcümə ilə bağlı ən son iş imkanları barədə məlumat alırlar.