Poladəridən köməkçisi

İşin təsviri

Vəzifənin adı: Poladəridən köməkçisi

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir;     
• Hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləyir,  yaranmış çuxurları məhlulla doldurur;
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtəni tərkibinə görə çeşidləyir;
• Nasazlıqlar aşkar olunmazsa poladəridənin tapşırığı ilə sobanın içinə metal qırıntılarının doldurulmasına başlayır;
• Metal əridikcə sobanın üzərinə yığılan posanı təmizləyir;
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir;
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir;  
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir;
• Ərinmiş metalın lazımi temperatura çatdırılmasını və çalova boşaldılmasını poladəridənin tapşırığı ilə yerinə yetirir; 
• Metalın əridilməsi üçün lazım olan komponentlərin (antrasit, saflaşdırıcı ferroərintilər və s.) varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir;
• Təmirdən sonra sobanın qrafik üzrə qızdırılmasında iştirak edir;
• Sifariş üzrə əridilən metalların növlərini, markalarını və kimyəvi tərkiblərini bilməlidir;
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir;
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir;
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir;

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• İstehsalat sahəsində azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri; H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt;
• E-mail: [email protected]