Daxili ünsiyyət və korporativ mədəniyyət şöbəsinin mütəxəssisi

  • R-Pharm
  • Elanın qoyulma tarixi: 16.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

R-Pharm” MMC şirkəti - Azərbaycanda müasir standartlara cavab verən dərman zavodunu inşa edir. Bu layihə Azərbaycanın dərman təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, əczaçılıq bazarına daxil olan dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Daxili ünsiyyət və korporativ mədəniyyət şöbəsinin mütəxəssisi

Ümumi vəzifə öhdəlikləri:

• Şirkətin korporativ mədəniyyətinin inkişafına yönəlmiş şirkət daxili layihələrdə iştirak;
• Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi;
• Sosial şəbəkələrdə şirkət brendinin təbliği (şirkət səhifələrinin yaradılması, şirkət imicinin vurğulanması, şirkət üçün şüarların hazırlanması) ;
• Daxili kommunikasiya strategiyasına əsasən fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;
• Şirkət daxili nəşrlərin tərtib, redaktə və çap edilməsi;
• Məqalələrin, qeydlərin, elanların (daxili sayt, korporativ bülletenlər) hazırlanması və redaktə edilməsi;
• Tədbirlərin təşkilində və keçirilməsində iştirak.

Tələblər:

• Ali Təhsil;
• MS Office proqramlarını yaxşı bilmək;
• Azərbaycan dili qramatikasını mükəmməl bilmək;
• İşgüzar yazışmaların aparılması üçün mükəmməl rus və ingilis dili biliyi;
• Mətn tərtib etmək və redaktə etmə bacarığı;
• Təqdimat hazırlamaq və məlumatın qrafik şəkildə təsvir etmək bacarığı;
• Məlumat toplamaq və araşdırma bacarığı;
• Ünsiyyət qurma bacarığı.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Daxili ünsiyyət üzrə mütəxəssis” qeyd edərək [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.
Qeyd! CV-nizi Azərbaycan və eyni zamanda Rus və ya İngilis dillərində də təqdim etməniz xahiş olunur.