Aqronom

  • Company
  • Elanın qoyulma tarixi: 15.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aqronom

Vəzifə öhdəlikləri:

1. Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı məhsullarının məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
2. Aqro-texniki tədbirləri həyata keçirmək;
3. Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək; 
4.  Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
5. Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
6. Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
7. Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
8. Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
9. Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;

Tələblər:

- 40-50 yaş arasında kişi namizədlər müraciət edə bilər;                                                                                               
- Aqronomluq sahəsində  ali təhsilli olmalı;
- Dənli bitkilər (buğda, arpa, qarğıdalı, yaşıl noxud) və meyvə- tərəvəz bitkilərinin (pomidor, xiyar, badımcan, bibər, çuğundur, kartof, soğan, alma, üzüm və s.) yetişdirilməsi qaydalarını bilməli;                                                                                      
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilməli;                                           
- Aqronomluq sahəsində 4-5 il təcrübəyə olmalı;

Əlavə məlumat:

İş qrafiki: 5 günlük , 09.00-18.00
Əmək məcəlləsinə əsasən rəsmiləşmə;
Əmək haqqı namizədlə görüş zamanı bildiriləcək.
İş yeri rayonlardadır. (Rayonlardan müraciət edən kadrlara üstünlük veriləcək.)

Maraqlanan şəxslər CV-lərini mövzu yerində “Aqronom” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.