Smeta Mühəndisi

İşin təsviri

Smeta Mühəndisi

Əmək funksiyası

Smeta sənədlərin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanması.
Smeta sənədlərin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri hazırlamaq;                          
Smetanın çıxarılması və büdcənin tərtib edilməsi;                                                                                      
Vaxt, xərc, materiallar və əmək qiymətlərini hazırlamaq üçün planları və digər sənədləri təhlil etmək;      
Məhsullar, layihələr və ya xidmətlərin xərc effektivliyini, layihənin artımı kimi təşəbbüslərə aid aktual xərclərin izlənilməsini  qiymətləndirmək;      
Qiymətləndirməni formalaşdırmaq, müzakirə etmək və məsələləri yenidən həll etmək məqsədilə müştərilər, satıcılar, digər departamentlərdəki heyət və tikinti ustaları ilə məsləhətləşmək;                    
Smeta dəyərinə dəyişikliklər və əlavələrdə mühəndislər, memarlar, podratçılar və tərəfdaşlarla məsləhətləşmək;          
İşin planlaşdırılması, təşkil edilməsi və sxemləşdirilməsi kimi məqsədlər üçün rəhbərlik tərəfindən istifadə üçün qiymətləndirməni hazırlanmaq;                                                                         
Layihələri oxumağı və təhlil etmə;
Faktiki yerinə yetirilən işlərin smeta sənədləri ilə müqayisə və təhlil etmək;
Baza qiymətləri ilə tərtib edilmiş smetaları təhlil etmək;

İlkin tələblər

İnşaat və ya Tikinti mühəndisliyi üzrə ali təhsil,
Sənaye tipli layihələrin tikintisində və smeta tərtib edilməsində  minimum 4 il iş təcrübəsi,
Tikinti fəaliyyətinə dair müvafiq əsasnamə, qayda, qanun və digər normativləri bilmə,
Ms Office(Outlook, Word, Excel), 1C (smeta), Autocad proqramlarında işləmə bacarığı.

- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Maraqlananlar cv-lərini və əl işlərini  mövzu yerinə vakansiyanın adını qeyd etməklə [email protected]   ünvanına göndərə bilərlər.