Ofis meneceri

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 01.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Ofis meneceri

Namizədə tələblər

• Yaş: 23-32
• Cinsi:Xanım
• Təhsil: Ali
• İş təcrübəsi: azı 1 il katib kimi təcrübə
• Dil bilikləri: Rus (əla), Azərbaycan (əla),  əlavə olaraq Ingilis dili  (arzuolunadır)
• Biznes yazışma bacarıqları, biznes etikası  bilikləri
• Böyük həcmli məlumatlarla işləmək

Şəxsi keyfiyyətlər 

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

- İdarə Heyəti sədrinin və şirkətin rəhbərliyinin iş tapşırıqlarını yerinə yetirmək
- İdarə Heyətinin sədrinin iş gününü planlaşdırmaq
- Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi
- Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkili
- Ziyarətçilərin görüşlərinin təşkili
- İşgüzar yazışmaların aparılması
- İşgüzar səfərləri təşkili (biletləri sifarişləri, mehmanxanalarda bron və s.)

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək.

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Ofis meneceri “qeyd etmələri xahiş olunur.