Baş İcraçı direktorun müşaviri

İşin təsviri

Baş İcraçı direktorun müşaviri

Gilan Kənd Təsərrüfatı Qrupu Baş İcraçı direktorun müşaviri vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Kənd Təsərrüfatı Qrupu üzrə biznesin optimallaşdırılması və strateji idarə edilməsinə kömək etmək.
• Cari strukturun, əməliyyatların və nəzarətlərin qiymətləndirilməsi barədə məsləhətlər vermək. Biznes vahidlərinin əlaqələndirilməsində və birləşməsində qiymətləndirmə hesabatlarının aparılması ilə bağlı məsləhətlər vermək.
• Biznesin inkişafı, risk və uzlaşma proseslərinin formalaşdırılması üçün praktik məsləhətlər vermək və ən yaxşı təcrübələri tətbiq etmək.
• Həftəlik işçi yığıncaqlarının, aylıq və rüblük strateji müzakirələrin, aylıq tam işçi yığıncaqlarının təşkil olunmasına nəzarəti həyata keçirmək.
• Ən yaxşı və yeni təcrübə imkanlarına baxış keçirmək və onların qiymətləndirilməsini tətbiq etmək.
• Davamlı inkişaf üçün ERP biznes transformasiyalarının tətbiqini həyata keçirmək və xərcləri azaldıb səmərəliliyi çoxaltmaqla biznes performansını yüksəltmək.
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinı yetirmək.

Tələblər:

• Ali təhsil;
• Müvafiq vəzifədə minimum 5 illik iş təcrübəsi;
• Azərbaycan, İngilis və Rus dili bilikləri
• Kompüter və idarəetmə metodları (ERP sistemi) haqqında biliklər
• Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı
• Güclü analitik və məntiqi düşüncə bacarığı
• Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: https://hr.gilanholding.com/v/4847#