Kabel zavodu, Operator

İşin təsviri

Vəzifənin adı: Kabel zavodu, Operator

Vəzifə öhdəlikləri:

• Növbə  ustasının imzası əsasında növbəni qəbul edir, iş yerini və dəzgahları qaydaya salır;
• Maşının işə hazırlanması prosesini yerinə yetirir;
• Texnoloji təlimat və eskiz xəritəsinin tələblərinə uyğun olaraq növbə tapşırıqlarını yerinə yetirir;
• Hazır məhsul və yarımfabrikatları sahə rəisinə (növbə ustasına) təqdim edir;
• İş yerini, dəzgahları və işlədiyi ərazini təmiz saxlayır;
• Hazır məhsulun və yarımfabrikatların çəkisini təyin edib, ayrılmış xüsusi jurnala  qeyd edir.

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və  Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• E-mail: [email protected]