Əridici operator

İşin təsviri

Zavod: Kabel Zavodu

Vəzifə: Əridici operator

Bilməlidir

• Müəssisənin keyfiyyət, əməyin mühafizəsi, ekologiyaya  dair strategiyasını və siyasət və məqsədlərini;
• ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyininidarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatı;
• Daxili nizam-intizam qaydalarının tələbini, yanğın təhlükəsizliyi qaydalarını, istehsalat mədəniyyətini və s.
• Texnoloji təlimatı, hal-hazırda işlədilən norma və digər normaları;
• Avadanlıqların  yerləşməsi və ondan düzgün istifadə qaydalarını;

Vəzifələri

• Növbə  ustasının imzası əsasında növbəni qəbul edir, iş yerini və dəzgahları qaydaya salır.
• Əritmə avadlanlığlarının işə hazırlanması prosesini yerinə yetirir.
• Ərinmə prosesi zamanı yaranmış artıq maddələrin prosesdən uzaqlaşdırılması;
• Texnoloji təlimat və eskiz xəritəsinin tələblərinə uyğun olaraq növbə tapşırıqlarını yerinə yetirir.
• Hazır məhsul və yarımfabrikatları sahə rəisinə (növbə ustasına) təqdim edir.
• İş yerini, dəzgahları və işlədiyi ərazini təmiz saxlayır.
• Hazır məhsulun və yarımfabrikatların çəkisini təyin edib, ayrılmış xüsusi jurnala  qeyd edir.

Təhsil/Təcrübə

• Texniki peşə təhsili olan və ya bu peşə üzrə təcrübəli;
• Azərbaycan dilində sərbəst səviyyədə danışıq, yazmaq və oxumaq qabiliyyəti

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Növbəli iş qrafiki;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]