İNSAN RESURSLARI DEPARTAMENTiNiN MÜDiRi
İşin təsviri:
• Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarəedilməsi;
• Şirkət strategiyasını dəstəkləyən və təşkilatın ehtiyaclarına uyğun olan İnsan Resursları sahəsində layihələrinin və prosesslərin hazırlanıması və həyata keçirilməsi;
• İşçi sayının təsdiqlənmiş büdcəyə əsasən planlaşdırılması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi və onun effektivliyinin ölçülməsi;
• İşçilərin qiymətləndirilməsi və sonraki müddətə məqsədlərin qoyulması;
• İşçi heyətinin motivasiya sisteminin yaradılması;
• Qreydinq sisteminin işləyib hazırlanması;
• Şirkətin strateji hədəflərinə əsasən təlim və inkişaf proqramların hazırlanması, daxili və xarici təlimlərin təşkili və keçirilməsi;
• Korporativ mədəniyyət layihələrinın həyata keçirilməsi (korporativ geyim qaydaları, etika və davranış qaydaları və s.);
• İş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin aparılması;
• İşçilərin şirkətə bağlılığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların həyata keçirilməsi;
• İnsan Resursları üzrə hesabat sisteminin tətbiq edilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində ali təhsil);
• AR əmək məcəlləsini bilməli;
• İnsan resursları sahəsində minimum 5 il rəhbər vəzifəsində iş təcrübəsi;
• İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli;
• İdarəetmə və əməyin təşkilinin əsaslarını bilməli;
• Azərbaycan, rus və ingilis dillərini səlist bilməli;
• Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
• Yaradıcı və təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığına malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=116 15 avqust 2018-ci il tarixinədək müraciət edə bilərlər.