Nəzarətçilər struktur bölməsinin rəisi

  • Metak
  • Elanın qoyulma tarixi: 16.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar.

Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

NƏZARƏTÇILƏR STRUKTUR BÖLMƏSINİN RƏİSİ

İşin təsviri:

• Müəssisənin  mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir.
• Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
• Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
• Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
• Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
• Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
• İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirməlidir.
• Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
• Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
• Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
• İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
• Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Təhlükəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=115 , 15 avqust 2018-ci il tarixinədək müraciət edə bilərlər.