Yerli satışlar departamenti, Şöbə müdiri

İşin təsviri

Vəzifənin adı: Yerli satışlar departamenti, Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Tabeçiliyində olan komandanı düzgün istiqamətləndirmək, taktiki addımlar barəsində məlumatlandırmaq;
• Tabeçiliyində olan nümyəndələrinə təlim vermək ,motivasiyasını artırmaq.
• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• İşgüzar və korporativ danışıqların aparılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
• Korporativ satış planının yerinə yetirilməsi;

Təhsil/Təcrübə:

• Ali təhsil (Biznesin idarəolunması üzrə magistr təhsili arzuolunandır);
• Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış namizədlərə üstünlük verilir;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan, Rus və İngilis dillərində mükəmməl səviyyədə bilməli;
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik bacarıqları olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış  etmək bacarığının olmalı;
• Liderlik keyfiyyətlərinə malik olmalı, habelə korporativ idarəetmənin prinsiplərini bilməlidir.
• Prezentasiya bacarığı olmalı;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında + Satış həcminə əsasən bonus;
• Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: [email protected]