Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Barattson “Təşkilat və Təchizat bölməsinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin ofis avadanlıqları, texnika, dəftərxana/mətbəx ehtiyaclarının təmin edilməsi;
- Çap işlərinin təmin edilməsi;
- Ehtiyac olduqda ofisdə təmir işlərinin təşkili
- Ofis yerlərinin tapılması, icarədərla danışıqların aparılması
- Kommunikasiya qurumları ilə işlərin aparılması
- Ofisdaxili və ya ofisdən kənar yerlərdə keçirilən tədbirlərin, imtahanların lazımi şəraitlə təmin edilməsi
- Dərs otaqlarının idarə olunması (otaqların dərs qrafiklərinə uyğun planlaşdırılması və həftəlik cədvəlin hazırlanması)
- Təşkilat və təchizat bölməsinin işçilərini idarə edilməsi və nəzarəti
Əsas tələblər:
- Ali təhsil
- Satınalma və idarəetmə üzrə 1 il iş təcrübəsi
- Bazarı tanıması
- Kompyuter avadanlıqları və İT üzrə anlayışın olması
- Müəyyən qurumlarla danışıqlar aparmaq bacarığı
- Dil bilikləri: Azərbaycan dili –sərbəst (Rus dilini bilmək üstünlükdür)
- Kompyuter bacarıqları: Ofis programlarında peşəkar səviyyədə işləməyi bacarmalı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Təzyiq altında işləmək bacarığı
Əmək haqqı: razılaşma yolu ilə. İş qrafiki: 6 günlük
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təşkilat və Təchizat bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 14 İyul 2018 ci il.