Mətbuat katibi

  • Company
  • Elanın qoyulma tarixi: 02.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı : Mətbuat katibi

Əsas vəzifə və öhdəliklər:

• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla şirkətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Şirkətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək;
• Dövrü mətbuatda Şirkətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Şirkətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
• Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək;
• Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
• Şirkətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək.

Tələb olunan təhsil və bacarıqlar:

• Müvafiq sahədə ali təhsil;
• MS Office proqramlarını bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli;
• KİV haqqında qanun və onun tələblərini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan iş təcrübəsi:

• Müvafiq sahəsində ən azı 3 il.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.