“Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Qəza komissarları şöbəsinin mütəxəssisi
QEYD : Xahiş olunur yalnız Bakı şəhəri üzrə Qara qarayev, Əhmədli , Neftçilər ərazilərində yaşayan namizədlər müraciət etsinlər.
Namizədə tələblər
• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir.
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun normallaşdırılmamış iş qrafiki
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi ” qeyd etmələri xahiş olunur.