Hüquqşünas

  • SƏBA
  • Elanın qoyulma tarixi: 13.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya : Hüquqşünas

Əmək haqqı 800-1000 manat

İş barədə məlumat

- Müəssisənin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak edilməsi, pretenziyaların, iddia ərizələrinin və digər prosessual işlərin yerinə yetirilməsi;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müşahidə Şurasının və Səhmdarların ümumi yığıncağının iclaslarının keçirilməsi, protokollarının hazırlanması;
- Xarici müqavilələrin hüquqi ekspertizasının aparılması və rəylərin hazırlanması.

İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.

Namizədə tələblər

- Ali hüquq təhsili;
- Ən az 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
- Kompüter proqramlarında işləmə bacarığı;
- Azərbaycan, ingilis dillərini əla bilmək, rus dili arzu olunandır.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq,  zəhmət olmasa, [email protected]  elektron ünvanına göndərərdiniz.

Yalnız CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.