Hüquqşünas-vəkil

İşin təsviri

Vəzifənin adı : Hüquqşünas-vəkil

Fəaliyyət yeri Dörd regiondan birində -Gəncə, Xaçmaz, Şəki və Lənkəran

Təsnifat Konsultant

Vəzifənin növü : Konsultant, 6 ay müddətinə

Son müraciət tarixi :1 iyul 2018-ci il

İşə başlama tarixi : Dərhal

1951-ci ildə yaradılmış BMqT BMT-nin əlaqəli təşkilatıdır və BMT-nin miqrasiya sahəsində əsas agentliyi olaraq hökumət, qeyri-hökumət və hökumətlərarası tərəfdaşlarla sıx əməkdaşlıq edir. BMqT insani və nizamlı miqrasiyanın hər kəsə fayda verdiyi fikrini təbliğ edir. Bunu xidmətlər göstərmək, dövlətlərə və miqrantlara məşvərət vermək yolu ilə həyata keçirir.

Ümumi məlumat:

ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına dəstək məqsədli elektron-tədris modulları- Faza II” Layihəsinin əsas məqsədi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəznində fəaliyyət göstərən Ədliyyə Akademiyasının potensiallarının artırılmasına və Akademiya tərəfindən hakimlər, hakimliyə namizədlər, vəkillər və vəkilliyə namizədlər və prokurorların peşə bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə dəstək verməkdən ibarətdir. Bununla yanaşı, sözügedən layihə əhali üçün hüquqi yardıma əlçatımlılığın artırılmasını və bu məqsədlə pulsuz hüquqi yardım mərkəzlərinin yaradılmasını və faəliyyətinə dəstək verməyi hədəfləyir.

Əsas vəzifə və öhdəliklər:

• Məsləhətçi fəaliyyət göstərdiyi rayon və ətraf rayonların əhalisi tərəfindən edilən şifahi və yazılı müraciətləri qəbul etməli və müvafiq qaydada baxaraq peşəkar hüquqi yardım göstərməli, eyni zamanda zəruri olduqda məsələ ilə bağlı məhkəmə qarşısında iddia qaldırmalı və təmsilçiliyi həyata keçirməlidir.
• Məsləhətçi hüquqi yardım mərkəzinə daxil olan bütün müraciətlərə baxılmasını və tələb olunan müddətdə məsələnin həlli istiqamətində bütün mümkün hüquq vasitələrindən istifadə olunmasını təmin etməlidir.
• Məsləhətçi BMqT tərəfindən təmin olunacaq bütün kommunikasiya imkanlarından istifadə edərək pulsuz hüquqi yardıma ehtiyac olan bütün şəxslərin məsləhətçi ilə asan əlaqə saxlamaq imkanını təmin etməlidir.

Təhsil:

Akkreditə olunmuş təhsil müəssisəndən Hüquq və ya Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil

Təcrübə:

• Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzvlük;
• Azərbaycan Respublikasında şəxslərə hüquqi xidmətlərin göstərilməsi və hüquqi təmsilçilik üzrə ən azı iki il təcrübə;
• Azərbaycan Respublikasının mülki, inzibati və cinayət qanunvericiliyi üzrə bilik və peşəkar təcrübə;
• Beynəlxalq İnsan hüquqlarının müdafiəsi mexanizmləri üzrə bilik və təcrübə;
• Dövlət qurumları, eyni zamanda beynəlxalq təsisatlarla əlaqələndirmə qabiliyyəti və təcrübəsi;

Dil biliyi:

Azərbaycan dilini sərbəst bilmək tələb olunur. Rus və inglis dillərini bilmək əlavə üstünlükdür

Qeyd:

Konsultant Gəncə, Xaçmaz, Şəki və Lənkəran regionlarından birində xidmət göstərəcək

Davranış göstəriciləri:

• Məsuliyyətlilik- işə məsuliyyətli yanaşma və yaradıcı tənqidi nəzərə almaq
• Şəxslərlə işləmək bacarığı- müraciət edən şəxslərlə və tərəfdaşlarla səmərəli işləmək bacarığı
• Öz üzərində işləmək –özünün və başqalarının davamlı təhsilini təbliğ etmək
• Ünsiyyət- aydın dinləmə və ünsiyyət qurma, fikrini qarşı tərəfə uyğunlaşdırmaq
• Yaradıcılıq və təşəbbüskarlıq- xidmətləri yaxşılaşdırmaq üçün yeni yollar axtarmaq
• Liderlik və danışıq aparmaq bacarığı- daxili və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq qurmaq
• İş bacarıqlarının artırılması- özünün və digərlərinin fəaliyyət bacarıqlarının yaxşılaşdırılması üçün yollar axtarmaq və həyata keçirmək
• Planlaşdırma və təşkilatçılıq- öz səlahiyyətləri çərçivəsində işi planlaşdırır, riskləri müəyyən edir və məqsədlər müəyyən edir
• Peşəkarlıq- fəaliyyət sahəsi üzrə peşəkarlıq nümayiş etdirir
• Komanda işi- komanda ruhunun qorunmasına töhfə verir, gender məsələləri ilə bağlı ehtiyaclar, perspektivlər və narahatlıqlara diqqət yetirir, gender bərabərliyini təbliğ edir
• Texnoloji bacarıqlar- texnoloji vasitələrdən istifadə bacarığı nümayiş etdirir.

Müraciət forması:

Maraqlı olan namizədlərdən ən son Tərcümeyi-halı (CV) mövzu yerində vəzifənin tam adını qeyd etməklə 1 iyul 2018-ci il tarixi günün sonunadək  [email protected]    elektron-poçt ünvanına göndərmələri xahiş olunur.

Nəzərə alın ki, Tərcümeyi-hallara baxıldıqdan sonra yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaqdır.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən digər vakansiyalar