Xarici satınalma üzrə mütəxəssis (Təchizat Departamenti)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 04.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vakansiya : “Səba” ASC-də Təchizat Departamentində xarici satınalma üzrə mütəxəssis ( məzuniyyətdə olan işçinin əvəzinə 5-6 ay müddətinə)

Aylıq əmək haqqı 700 AZN

Namizədə tələblər

1. Azərbaycan dilini əla səviyyədə bilməsi, rus və ingilis dilləri üzrə biznes dilinə malik olması.
2. Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması.
3. Logistika və gömrük işlərinin və sənədləşmələrin aparılması sahəsində biliklərin və təcrübənin olması.
4. Ali təhsil (Maliyyə, mühasibat uçotu sahəsində arzuolunandır.
5. Stresədavamlı, tələbkar, məsuliyyətli.
6. Xanım namizədlərə üstünlük veriləcəkdir.

İş barədə məlumat

1. Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması)
2. Logistikanın təşkili, gömrük sənədlərinin hazırlanması, yoxlanılması və nəzarət edilməsi;
3. Azərbaycan dövlət idarələrindən xüsusi mallara idxal icazələrini alınması;
7. Yuxarıda sadalanan işlərlə əlaqədar sənədləşmələrin aparılması;

İş saatları:

Həftə içi hər gün saat 9:00-dan 18:00-a qədər,
6-cı , bazar günləri, bayram günləri – qeyri iş günləridir.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,  zəhmət olmazsa, [email protected]  elektron ünvanına göndərərdiniz.

CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.