Mühəndis, Su-Kanalizasiya sistemləri (layihəçi)

  • Wellmechs
  • Elanın qoyulma tarixi: 29.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Wellmechs MMC şirkətinə su - kanalizasiya sistemləri üzrə layihəçi mühəndis tələb olunur.

Vəzifə öhdəlikləri:

Sənaye bina və tikililərinin, inzibati binaların su, kanalizasiya sistemlərinin layihələndirilməsi;
Layihələndirmə üçün ilkin məlumatın yığılması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Su, kanalizasiya sistemləri üzrə layihə və işçi sənədlərin işlənilməsi;

Namizədə qoyulan tələblər:

Layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi;
Müvafiq sahədə ali təhsil;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.