«HALAL-P» şirkəti Azərbayçan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Kiçik poliqrafiya müəssisələri, mətbəələr üçün avadanlıq və materialların təchizindən başlayaraq, biz poliqrafiya sənayesinin dərin biliklərinə yiyələnmişik. Biz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli mal və peşəkar xidmətlərlə təmin edir, müştəri məmnunluğuna nail olur, hər bir işçinin karyera inkişafına töhfə veririk. Şirkət 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.
“Halal-P” şirkəti
Mühəndis-mexanik
vəzifəsinə elan verir.
Minimum bilik, səriştə və keyfiyyətlər
Mexanika və elektronika sahəsində ali təhsilin olması
Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti
Müvafiq sahədə azı 2 il iş təcrübəsi
Üstünlük verilən meyarlar
Öyrənmək və inkişaf etmək potensialı və istəyi
Komandada işləmək bacarığı
İngilis və rus dilində ünsiyyət bacarıqları
Məntiqi düşünmə qabiliyyəti
Mətbəə avadanlıqlarının təmiri üzrə iş təcrübəsinin olması
Texniki biliklərin artırılması üçün xarici ölkələrdə keçirilən təlimlərdə iştirak etmək məhdudiyyətinin olmaması
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" hissəsində "Mühəndis-mexanik" yazasınız.
“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!