Rəqəmsal bankçılıq üzrə analitik

İşin təsviri

 “Bank Respublika” ASC “Rəqəmsal bankçılıq üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Layihə və texniki sənədlərin aparılması;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• İşlənilmiş tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi.

Namizədə qarşı tələblər:

• Rəqəmsal tətbiqlərin (veb və mobil) keyfiyyətini idarə etmək və onların inkişafının bütün mərhələlərində iştirak etmək: tapşırıqların müzakirəsindən yeni versiyaların tətbiqinə qədər və məhsulları inkişaf etdirmək istəyi;
• Komanda şəklində çalışmaq və müzakirələr aparmaq bacarığı;
• Fikrini düzgün və dolğun çatdıra bilmək, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olmaq;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Stressə davamlı, çalışqan, öyrənəbilmək və ünsiyyətqurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl olmalı, İngilis dili arzuolunandır.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq üzrə analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

ОАО «Банк Республика» ищет кандидатов на вакансию «Аналитик по цифровому банкингу».

Ищем кандидата:

• Для контроля качества и участия в сопровождении цифровых приложений (веб и мобильное приложение) на всех этапах разработки: от обсуждения задач до релиза новых версий, и желающего развивать продукты;
• Умеющего работать в команде, проводить дискуссии, обсуждения, правильно излагающего свои мысли, имеющего проактивную позицию в обсуждаемых вопросах;
• Способного мыслить системно и работать над развитием продукта;
• Коммуникабельного, стрессоустойчивого, трудолюбивого, обучаемого;
• Превосходно владеющего Азербайджанским, Русским и, желательно, Английским языками.

Требования к кандидату:

• Подготовку технического задания по разработкам приложений;
• Ведение проектной и технической документации;
• Общение с внешними и внутренними командами разработок;
• Полнофункциональное тестирование разработанных приложений (front-end и back-end), отслеживание качества веб-сервисов;
• Контроль качества цифровых приложений;
• Подготовку внутренних отчётов и их анализ;
• Развитие внутренней бизнес-логики цифровых приложений.

Кандидатов на вакансию просим прислать своё CV на электронный адрес [email protected] до 04 июня 2018-го года. В теме письма просьба указать «Аналитик по цифровому банкингу», иначе, возможно, кандидатура не будет рассмотрена. Также уведомляем, что на следующий этап процесса принятия на работу будут приглашены только избранные кандидаты.

İşəgötürənin reytinqi