Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 23.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)

Tələb olunan iş Bacarığı:

• İSO 9001 -2015 "Keyfiyyətin İdarə olunması" sisteminə daxil olan proseduralın, formaların hazırlanmasına nəzarət;
• departamentə aid sənədlərin həm kağız şəklində (tələb olunarsa, həm də elektron qovluqda düzgün yerləşdirilməsinə nəzarət;
• 3 standart (ISO 9001, ISO 14001, OHSAS 18001) daxil olmaqla, kompleks şəkildə və  müvafiq sahələr üzrə Daxili auditin keçirilməsi (plan, proses, hesabat);
• uyğunsuzluğun müəyyən edilməsi; müəyyən olunmuş boşluqların düzgün sinifləndirilməsi;
• müştəri məmunluğunun araşdırılması və statistikanın hazırlanması,
• düzəldici və önləyici fəaliyyət planın hazırlanması və daim yenilənməsi,
• şirkətə daxil olmuş şikayət və ya təkliflərin araşdırılması,
• şirkətin müvafiq departamentlərinin işlərinə daimi nəzarət və dövri  yoxlamaların aparılması.


Tələb olunan təhsil və biliklər:

- Ali təhsil
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO (9001:2015, 14001:2015, OHSAS 18001:2007) standart tələblərini;
- Aparıcı auditor olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Təftişetmə texnikalarını bilməlidir (sualların, testlərin, qiymətləndirmənin və hesabatvermənin formalaşdırılması);
- Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli; 
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi:  25-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində)   [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.