Nəqliyyat üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 22.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC-nin Müasir Tikinti Materialları Zavodu 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə fəaliyyətə başlamışdır. Zavod məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 160 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin naharla təmin edir. 

Vəzifə: Nəqliyyat üzrə mütəxəssis

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması;
• Aylıq avtomobillərin yanacaq sərfiyyatının idarə edilməsi;
• Avtomobillərin giriş - çıxış sənədlərin təmin edilməsi;
• Avtomobillərin vaxtaşırı xidməti baxışının keçirilməsi;
• Sürücülərin avtomobilin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
• Avtomobillərin lazımı ehtiyyat hissələrin anbarda saxlanılmasının və idarə olunmasının təmin edilməsi;
• Avtomobillərin intellektual idarəedilməsi üçün “GPS” və “Drive right” sistemlərin quraşdırılması və idarə edilməsi;
• Nəqliyyat vasitələrin sazlığının təmin edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

• Microsoft Excel, Word, Power Point proqramlarından mükəmməl istifadə bacarığı;
•1C proqramında işləməyi bacarmaq
• Nəqliyyat sahəsində ən az 5 illik iş təcrübəsi;
• Microsoft Excel analitik table hazırlama bacarığı;
• Nəqliyyat vasitələrinin texniki baxışını keçirmə bacarığı;
• Sənədləşdirmə bacarığı;
• Proqnozlaşdırma qabiliyyəti;
• Servislərlə, digər texniki təminat  şirkətləri ilə əlaqə qurmaq, müntəzəm ünsiyyətdə olmaq qabiliyyəti;
• Dəqiqlik, dürüstlük və peşəkarlıq;
• Sürücülük vəsiqəsi BC kateqoriyalı olması arzuolunandır.

Email: [email protected]