Restoran menecerinin müavini

  • MADO Azərbaycan
  • Elanın qoyulma tarixi: 20.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Restoran menecerinin müavini

Kimə tabedir:  Restoran menecerinə
Kim ona tabedir: Restoranın servis işçiləri

Tələblər:

Ən azı 5  il bu sahədə iş təcrübəsinə malik olmalıdır.
Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
Kişi namizədlər

İş üçün lazım olan xüsusi və peşakar biliklər:

1. Rus dili və İngilis dilini  bilməlidir.
2. Komputer bilikləri olmalıdır.
3. Qida və İçki sahəsində məlumatlara sahib olmalıdır.

Vəzifələr:

1. Tabeçiliyində olan işçilərin iş funkisalarına nəzarət edir və onların şirkət daxili prosedurlara əsasən gördüyü işləri tənzimləyir;
2. Restoranın hazırlığını tamamlamaq və   proseduralar çərçivəsində xidmət tələblərinə uyğun olaraq qonaqların rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər edilməsinə nəzarət etmək;
3. Tabeçiliyində olan işçilərin şirkət daxili prosedurlara əsasən gördüyü işləri tənzinləmək;
4. Menyu, özəl menyu  və restoran şəbəkəsində keçirilən aksiyalar haqqında məlumata sahib olmaq;
5.  İçki və yemək seçməkdə qonaqalara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
6. Tapşırıq və prosesləri prioritetləşdirmək və ardıcıllığını müəyyən etmək;
7. Menyu seçiminə və restoranın proseduralarına uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzülməsinə nəzarət etmək;
8. Xidmət və yeməyin çatdırılması prosesini monitorinq etmək və qonaq ilə minimum təmas  şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya verilməsinə və təmizləmənməsinə nəzarət etmək;
9. Xörəklərin düzgün şəkildə və vaxtında təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq;
10. Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün  mətbəx bölümünün işçiləri ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq;
11. Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin  məmnunluğunu təmin etməklə restoranın  siyasət və proseduralarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək;
12. Müştəri narazıçılığının qarşısını almaq;
13. Tələb olunduqda qonaqa şəxsən xidmət etmək;
14. Qonaqların istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim edilməsinə nəzarət etmək;
15. Restoranda edilən bütün satışları R -Keeper programına düzgün şəkildə qeyd edilməsinə nəzarət etmək;
16. Qonaqlarda təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola  salmaq.
17. Restoranın standartlarına və gigiyena tələblərinə uyğun olaraq avadanlığın təmizlənməsinə və parıldadılmasna nəzarət etmək;
18. İşçilərin və özünün xarici görünüşünə, şəxsi təmizliyinə, davranışlarına daima  diqqət yetirmək;
19. Yeni işə qəbul olunmuş işçiləri təlimatlandırmaq və onların adaptasiya prosesində yaxından iştirak etmək;
20. Gündəlik olaraq Restoran Menecerinə  gördüyü işlər ilə bağlı məruzə etmək, onları hər mövzuda məlumatlandırmaq ;
21. Təyin olunan digər vəzifələri icra etmək.

Müraciət etmək üçün CV-lərinizi [email protected]  elektron ünvanına  "Restoran menecerinin müavini" sözünü qeyd etməklə göndərməyiniz və ya 051 330 07 10 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.