Executive chef /Mətbəx şöbəsinin müdiri
Kimə tabedir: Şirkət direktorına
Kim ona tabedir: Restoran şəbəkəsinin bütün mətbəx bölümlərinin baş aşpazları
Tələblər:
Ən azı 5 il bu sahədə iş təcrübəsinə malik olmalıdır.
Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
Kişi namizədlər
İş üçün lazım olan xüsusi və peşakar biliklər:
1. Komputer bilikləri olmalıdır.
2. Milli və avropa mətbəxlərini mükəmməl bilmək
3. Gida keyfiyyətini mükəmməl bilmək
4. Gigiyena və keyfiyyət standartlarını bilmək
Vəzifələr:
1. Restoran şəbəkəsinə aid restoranların mətbəx bölümlərinin baş aşpazların işinə nəzarət etmək;
2. Minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin hazırlanması üçün porsiyaların, qramajların hesablanması və planlaşdırılması;
3. Satınalma bölməsinə vaxtında və dəqiq sifarişlərin edilməsini yoxlamaq;
4. Alınan malların keyfiyyətini yoxlamaq;
5. Anbarda saxlanan malları periodik nəzərdən keçirtmək;
6. Mətbəx şöbəsinin aylıq büdcəsini tərtib etmək, menyuları periodik yeniləmək;
7. Satılmayan mallaların günlük hesabatını hazırlamaq;
8. Mütəmadi olaraq yeniliklər öyrənmək və mətbəx işini dahada inkişaf etmək və yeniliklər tədbiq etmək;
9. Yeməklərin dizaynı və keyfiyyət standartlarını hazırlanmasına nəzarət etmək, mətbəx işçilərinə başa salmaq və onların standartlara uyğun işin aparılmasına nəzarət etmək;
10. Hazırlanmış yarımfabrikatların tələb olunan şəraitdə (dərəcə baxımından) və müddətdə saxlanmasını periodik yoxlamaq;
11. Restoranlarda hazırlanan acıq bufetlərin və veriləcək yeməklərin yerləşməsini və dizaynı planlaşdırmaq və təşkil etmək;
12. Mətbəxin gigiyenik cəhətdən təmiz olmasına nəzarət etmək bu məsələ ilə bağlı Qida təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə əlaqəli işlərin aparılmasına nəzarət;
13. Mətbəx işçilərini daim təlimatlandırmaq və onların işinə nəzarəti təmin etmək;
14. İşlərini motivasiya etmək və onların produktivliyini artırmaq;
15. Prosedurlara əsasən Mətbəx bölmələrin işinin gigiyena və keyfiyyət qaydalarına hər zaman uyğun qurmaq.
16. Qida keyfiyyətinə uyğun prosedurların və təlimatların hazırlanması və işçilərin təlimatlandırılması.
Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına " Executive chef " sözünü qeyd etməklə göndərməyiniz və ya 051 330 07 10 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.