Lənkəran və ya Göyçay regionu üzrə Təftiş Mütəxəssisi

  • Elanın qoyulma tarixi: 09.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

            

Şirkət haqqında

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Lənkəran və ya Göyçay regionu üzrə təftiş mütəxəssisi

Təcrübə müddəti:  2 il maliyə, satınalma sahəsində iş təcrübəsi.

Təhsil: İqtisadiyyat istiqamətində ali təhsil.

Kompyuter Bilikləri: “MS office” proqramında işləmək bacarığı.

VƏZİFƏ FUNKSİYALARI:

Müştərilərlə debitor borcları üzləşmələrinin aparılması;
Struktur bölmələrin, satış departamentinin işlərinə, iş axışına daxili nəzarət;
Promosyon və satış hədiyyələrinin yoxlanılması;
Anbarların inventarizasiyasının aparılması

İş qrafiki:  5 gün/ 09:00-18:00

İş yeri: Lənkəran və ya Göyçay regionu

Əmək haqqı: müsahibə əsasında formalaşır

Göstərilən tələblərə cavab verən namizədlər CV– lərini mövzu hissəsində "Təftiş üzrə mütəxəssis (Regionun adı)" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

tərəfindən digər vakansiyalar