Biznes kreditlərinin təhlili şöbəsinin Baş mütəxəssisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 01.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur: Kreditlərin təhlili departamenti/Biznes kreditlərinin təhlili şöbəsi

Vəzifə: Baş mütəxəssis
 
Vəzifə öhdəlikləri:
 
1. Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin  Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlanılması;
2. Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;
3. Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirilməsi;
4. Bank tərəfindən filiallar üçün təsdiq olunmuş limitlərdən yuxarı kreditlər verilənədək prosedurlara tam riayət olunmasını yoxlayır, qərar qəbul etmək üçün Kreditlərin Təhlili Departamentinin direktoruna təqdim edilməsi;
5. Kredit girovunun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlanılması;
 
Namizədə olan tələblər:
 
PEŞƏKAR KEYFİYYƏTLƏR
 
• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
• Bankda kredit (SME və ya Mikro kreditlər) sahəsində ən azı 3 il iş təcrübəsi;
• Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması (maliyyə və riskin əsasları üzrə biliklər və s.);
 
ŞƏXSİ- İŞGÜZAR KEYFİYYƏTLƏR
• Analitik düşüncə;
• Yüksək təhliletmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Təşəbbüskarlıq;
• Stressədavamlılıq;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Biznes kreditlərinin təhlili şöbəsinin Baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi