Çovdar Filiz Emalı Sahəsi / Geoloq (Daşkəsən rayonu)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 01.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiya barədə məlumat:

Çovdar Filiz Emalı Sahəsi / Geoloq

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:

• Məxsusi geoloji kəşfiyyat işlərinin, geofiziki işlərin həyata keçirilməsi zamanı, həmçinin mədən, partlayış, daşınma işlərində peşəkar səviyyədə iştirak etmək;
• Bloklar üzrə ehtiyatların ən azı 2 variantda manual və proqramlarla (Gemcom və ya Surpac proqramlarında) hesablanması və filiz poliqonlarının yaradılması;
• Mədən rəhbərinin tapşırığına əsasən İstehsal planının və istismar prosesinin hazırlanmasında iştirak etmək;
• Mədəndə filizli poliqonların partladılmasına, tullantının filizə qarışmamasına dair nəzarət mexanizmləri ilə işləmək bacarığı;
• Gündəlik, həftəlik və aylıq hesabatların mədən işləri üzrə baş geoloqa təqdim olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Çöl şəraitində işləmə qabiliyyəti;
• GemCom, Surpac, Autocad, Microsoft Office kompyuter bilikləri yüksək səviyyədə olmalı;
• Sorğulara və sifarişlərə əsasən, həmçinin müqavilələrlə işləmə qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və yüksək riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsil;
• Məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi