Quraşdırıcı

  • A+A Security
  • Elanın qoyulma tarixi: 01.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və  inteqratordur.

Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.

Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.

Ətraflı məlumat üçün: Web: http://aasecurity.az , http://telemetric.az , http://www.aagroup.az

Vəzifə: Quraşdırıcı

Departament: Təhlükəsizlik sistemləri

Vəzifə öhdəlikləri:

- Kabel-montaj işlərini yerinə yetirmək
- Analoq tipli təhlükəsizlik kameralarının quraşdırılması
- Yanğın siqnalizasiyası avadanlıqlarının quraşdırılması və s.

Tələblər:

- Kabel – montaj işlərini yerinə yetirmək bacarığı
- Alçaq gərginlikli elektrik avadanlıqlarında işləmək bacarığı
- Yanğın siqnalizasiyası vasitələri haqqında ümumi biliklərə malik olmalı
- Müxtəlif montaj alətlərilə işləmə bacarığı olmalı
- Azərbaycan və rus dili biliyi vacibdir
- Təmkinlik, etibarlılıq, dəqiqlik, komandada işləmə bacarığı olmalı
- AR daxili rayon və şəhərlərə mütəmadi ezamiyyələrə hazır olmalı

İş qrafiki: 5 günlük iş rejimi

Maraqlananlar öz CV formalarını [email protected]  ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.