İnventar Mühasib

İşin təsviri

“Avlolüks Azərbaycan” MMC-yə İnventar Mühasib tələb olunur.

İş qrafiki :  9:00-18:00/bazaar ertəsi-cümə

Namizədə olan tələblər:

•  Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
•  İş təcrübəsi: müvafiq sahədə azı 1 il iş təcrübəsi;
•  Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
•  Əla kompüter bilikləri (Microsoft Office);
•  Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
•  Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
•  Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
•  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
•  Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
•  İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
•  1C Mühasibatlıq 8.3 versiyasında iş təcrübəsi

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin qeydiyyatının aparılması
• Əsas vəsaitlərin hərəkətinə uçot sistemində nəzarət və əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
• Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
• Mal-material mühasibi ilə əməkdaşlıq edərək mal-materialların və əsas vəsaitlərin anbardan istehsalata yönəldilməsinə nəzarət etmək və hesabat vermək
• Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
• Əsas vəsaitlərin ildə iki dəfə və ya daha artıq dəfə inventarizasiyası
• Əsas vəsaitlər üzrə siyasət və prosedurların bərqərar və tətbiq edilməsinə dəstək
• Əsas vəsaitlərin hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi
• Mühasibatlıqla və digər şöbələrlə birlikdə səmərəli mühasibatlı üsullarının tətbiq olunmasının, habelə əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı digər şöbələrin biznes tələbatlarının düzgün başa düşülməsinin təmin edilməsi
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi
• Lazım gələrsə Maliyyə-mühasibatlıq şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
• Daxili təsərüfat məqsədli və şirkətə məxsus əsas vəsaitlərin təmirinə sərf edilən materialların aktını tələb etmək və nəzarətdə saxlamaq
• Mal-material mühasibinə ehtiyac olduqda işlərində köməklik göstərmək
• Aylıq və günlük hesabatlar hazırlamaq
• Ay sonu bağlanışına yardım etmək

Email: [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.