Baş Mexanik

  • Xaliq Faiqoğlu
  • Elanın qoyulma tarixi: 30.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞ MEXANIK

Sərnişin daşımaları həyata keçirən “XALİQ FAİQOĞLU” şirkətinin təmir mərkəzinə avtobuslara texniki xidmət və təmir işlərinin aparılması üçün “Baş mexanik” vakansiyasına elan verir:

İş barədə tələblər:

-          Avtobuslarda (İSUZU, BMC, DAEWOO markalı) aşkar olunan çatışmamazlıqları müəyyən etmək və  təmir etmək;
-          Təmir edilmiş avtobusun istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
-          Təmirə dayanmış avtobusların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək;
-          Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
-          Xəttə buraxılan və xətdən qayıdan avtobusların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
-          Texniki nasazlıqlarla xətdən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
-          Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
-          Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək;
-          İşlərin icrası zamanı təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək;
-          Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
-          Biliklərin artırılması məqsədi ilə məşğələlər və başqa tədbirlərin keçirilməsində iştirak etmək;
-          Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
-          Rəhbərlik  tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

Namizəd barədə tələblər

- Komandada işləmək bacarığı;                                                                                                         
- Xəttə buraxılmadan qabaq nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarət qaydalarını;
-  İSUZU, BMC, DAEWOO markalı avtobusların təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olmaq;
- İxtisaslaşmış servis mərkəzlərində ən az 4 il iş təcrübəsi olmalı;
- Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən;
- Növbəli iş saatlarında işləyə bilmək;
- Lazım olduqda əlavə iş saatlarında işləməyi bacarmalı;
- Ali və ya orta ixtisas təhsilli (müvafiq sahə üzrə);
- Cinsi – Kişi;
- Sürücülük vəsiqəsi olmalı;
- Yaş həddi 25-45

Əlavə məlumat

- İş yeri Yeni Yasamal ərazisində olduğundan bu ərazinin yaxınlığında yaşaması üstünlükdür;                           
- Dil bilikləri: Azərbaycan dili səlis (Türk dilini bilmək üstünlükdür)
- İş qrafiki - 6 günlük
- Əmək haqqı: 800 -2000 manat.

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Baş mexanik” qeyd etməklə azərbaycan dilində [email protected] ünvana göndərə bilərlər.

Əlaqə nömrəsi (012) 430 85 85

Xaliq Faiqoğlu tərəfindən digər vakansiyalar