Elektrik

  • Xaliq Faiqoğlu
  • Elanın qoyulma tarixi: 30.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ELEKTRİK

Sərnişin daşımaları həyata keçirən “XALİQ FAİQOĞLU” şirkətinin təmir mərkəzinə avtobuslara texniki xidmət və təmir işlərinin aparılması üçün “elektrik” vakansiyasına elan veririk.

İş barədə tələblər

-          Avtobusların (İSUZU, BMC, DAEWOO markalı) elektrik sistemləri ilə bağlı təmir işlərini görmək;
-          Elektrik problemlərinin yaranma səbəblərini aşkar etmək;
-          Təmir edilmiş avtobusun istismara buraxılmadan qabaq bütün elektrik sistemini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
-          Diaqnostika nəticələrinə uyğun olaraq avtobuslarda olan nöqsanların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
-          Təmir üçün zəruri olan yeni alət və ehtiyyat hissələrinin alınması üzrə təkliflərin verilməsində iştirak etmək;
-          İş yerində materialların, ehtiyat hissələrinin və alətlərin düzgün və səliqəli yığılmasını təmin etmək;
-          Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
Gündəlik görülən işlər barədə hesabatların təqdim etmək;     
-          İşlərin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək;
-          Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
-          Rəhbərlik  tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;

Namizəd barədə tələblər

- Komandada işləmək bacarığı;
- Avtobusların (İSUZU, BMC, DAEWOO) elektrik işlərində təcrübəli olmaq;
- İxtisaslaşmış servis mərkəzlərində ən az 3 il iş təcrübəsinin olması;
- Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən;
- Növbəli iş saatlarında işləyə bilmək;
- Hərbi xidmətini başa çatdırmış;
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə);
- Cinsi – Kişi;
- Sürücülük vəsiqəsi olmalı;
- Yaş həddi 23-45

Əlavə məlumat

-          İş yeri Yeni Yasamal ərazisində olduğundan bu ərazinin yaxınlığında yaşaması üstünlükdür;
-          Dil bilikləri: Azərbaycan dili səlis (Türk dilini bilmək üstünlükdür);
-          İş qrafiki - 6 günlük;
-          Əmək haqqı - 800 -1500 manat:

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “elektrik” qeyd etməklə azərbaycan dilində [email protected]  ünvana göndərə bilərlər.

Əlaqə nömrəsi (012) 430 85 85.

Xaliq Faiqoğlu tərəfindən digər vakansiyalar