Çilingər

  • Xaliq Faiqoğlu
  • Elanın qoyulma tarixi: 30.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÇİLİNGƏR

Sərnişin daşımaları həyata keçirən “XALİQ FAİQOĞLU” şirkətinin təmir mərkəzinə avtobuslara texniki xidmət və təmir işlərinin aparılması üçün “çilingər” vakansiyasına elan veririk.

İş barədə tələblər

-          Avtobusların (İSUZU, BMC, DAEWOO markalı) təmir edilməsi və texniki xidmətlər göstərilməsi;
-          Təmirə dayanmış avtobusların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün mexanikin tələb və göstərişlərini icra etmək;
-          Alət və avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal mexanikə məlumat vermək;
-          İş yerini təmiz və səliqəli saxlamaq;
-          Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
-          Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək;
-          Əmanət edilmiş maddi, texniki vəsaitlərə cavabdehlik daşımaq;
-          Rəhbərlik  tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

Namizəd barədə tələblər

- Komandada işləmək bacarığı;
- İxtisaslaşmış servis mərkəzlərində ən az 2 il iş təcrübəsi olmalı;
- Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən;
- Növbəli iş saatlarında işləyə bilmək;
- Lazım olduqda əlavə iş saatlarında işləməyi bacarmalı;
- Orta ixtisas və ya peşə təhsilli (müvafiq sahə üzrə);
- Cinsi – Kişi;
- Sürücülük vəsiqəsi olmalı;
- Yaş həddi 20-45

Əlavə məlumat

-          İş yeri Yeni Yasamal ərazisində olduğundan bu ərazinin yaxınlığında yaşaması üstünlükdür;
-          Dil bilikləri: Azərbaycan dili səlis (Türk dilini bilmək üstünlükdür);
-          İş qrafiki - 6 günlük;
-          Əmək haqqı – 800 -1500 manat.

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “çilingər” qeyd etməklə azərbaycan dilində [email protected]  ünvana göndərə bilərlər.

Əlaqə nömrəsi (012) 430 85 85.

Xaliq Faiqoğlu tərəfindən digər vakansiyalar