Təsərrüfat şöbəsinin Rəisi

  • Metak
  • Elanın qoyulma tarixi: 29.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 21 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Təsərrüfat şöbəsinin Rəisi

Vəzifə öhdəlikləri:

• Şirkətin təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını təşkil etmək.
• Binanın təmirini təşkil etmək, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
• Şirkətin bölmələrini mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək.
• İşçiləri təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək.
• Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət etmək.
• Şirkətin  sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək.
• Şirkətə lazım olan təsərrüfat mallarının sifarişini hazırlamaq və təşkil etmək.
• Təsərrüfat və digər malların qalığına daima nəzarət etmək.
• Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək.

Tələblər:

• Yaş həddi – 32-45.
• Ali təhsil.
• Təssərüfat şöbəsinin rəisi vəzifəsində təcrübə (1 il və daha çox)
• İş avadanlığının istismar qaydalarını, əməyin təşkilinin əsaslarını bilmək.
• MS office proqramlarını bilməli
• Dil bilikləri (Azərbaycan dili, Rus dili)
• Ə/h – 800 azn
• İş vaxtı: həftənin 6 günü, saat 08:00 - 17:00, bazar günü – istirahət

Nahar şirkət tərəfindən verilir.

Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 30.05.2018–ci il tarixinə kimi müraciət edə bilərlər: https://www.metak.az/resume.php?vid=108