Korporativ xidmət üzrə mütəxəssis

İşin təsviri

“Performance Center Co” MMC

Vakansiya: “Korporativ xidmət üzrə mütəxəssis

İş haqqında məlumat:

• Avtomobillərə texniki xidmət üzrə bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması;
• Balansında avtonəqliyyat vastələri olan korporativ şirkətlər üzrə müştəri bazasının formalaşdırılması və əlaqələrin qurulması;
• Müraciət edən korporativ müştərilərin və onların nəqliyyat vasitələrinin qəbulu , texniki qulluq və təmir işlərinin təmin edilməsi;
• Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və yeni müştərilərin cəlb edilməsi;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlərin  həyata keçirilməsi;
• Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi;
• Həftədə 6 iş günü, saat 09:00-18:00
• Əmək haqqı: 700-1000 AZN

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki)
• Cins: kişi
• Yaş: 25-35
• Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmalı;        
• Təqdimat bacarığının olması;
• Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətli, (rus dili arzuolunandır)
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli;
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ xidmət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.