Vəzifə: Daxili nəzarət şöbəsi / mütəxəssis
İş yeri: Daşkəsən rayonu
Əsas vəzifə və öhdəliklər:
• Daxili nəzarət alətlərindən istifadə etməklə şirkətin mövcud vəziyyətini təhlil edilməsi, risklər və onların təsirinin aşkarlanması və daxili nəzarətin qabaqlayıcı (preventiv) tədbirləri ilə əlaqədar tövsiyyələrin verirməsi
• Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətinin şöbənin fəaliyyəti istiqamətində dəstək göstərilməsi.
• Metodologiyanın hazırlanması və tətbiqi.
• Statistik təhlil və icmallaşdırmanın aparılması.
• Kamplayns (uyğunluq) üzrə nəzarət.
• Şöbənin Əsasnaməsinə müvafiq olaraq digər nəzarət tədbirləri.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komandada ruhu və təşkilatçılıq
• Ünsiyyət və münasibətlərin qurulması
• Analitik düşüncə və riyazi biliklər
• Hesabat yazma səriştəsi
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Daxili nəzarət şöbəsinə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.