SMM menecer

İşin təsviri

Şirkət haqqında :

1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC-nin nəznində fəaliyyət göstərən  Ofisait Şirkəti  fəaliyyətini korporativ satış və pərakəndə mağazaçılıq sektorunda  davam etdirir.

Vəzifənin adı : SMM menecer

Namizədə dair tələblər:

- Ali təhsil
- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW) (retuş və reklam maketlərinin yenilənməsi ilə iş)
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
-  Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- SMM sahəsində iş təcrübəsi vacibdir;
- Yaş: 23-38;

İş barədə məlumat:

Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi

Nahar şirkət tərəfində təmin olunur;

İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı -  [email protected] emailinə göndərməyiniz xahiş olunur. CV faylı ilə birgə Portfolio mütləqdir . Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. Freelance iş üçün narahat etməyin.