Polimer Sənaye Parkı MMC Azərbaycanda 2012-ci ildən Polimer Sənayesi sahəsində fəaliyyətdədir. Yaxın gələcəkdə Mebel və Qapı sənayesində fəaliyyətə başlayacağıq. Bu sahədə müxtəlif vəzifələr üzrə təcrübəli kadrlar axtarışındayıq. Yeni komandamız cavan, məsuliyyətli, məqsədyönlü və peşəkar heyətdən təşkil edilmişdir.
Vəzifə: Mühasib
Şirkət: Polimer Sənaye Parkı MMC
Sahə: Polimer sənayesi, qapı və mebel istehsalı
Vəzifə öhtəlikləri
- B3 hesabatının hazırlanması və Dövlət Sosial müdafiə fonduna təqdim olunması;
- Debitorlarla və kreditorlarla yazışmalar;
- Bank, kassa, təhtəl hesablarla işləmə
- Debitor, kreditor, idxal, satış əməliyyatlarının işlənməsi
- Əsas vəsaitlər, xammal və hazır məhsulun dövriyyəsi və digər mühasibat əməliyyatları
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadi)
- Ofis proqramlarında və 1C proqramında işləmə bacarığı
- İstehsalat sahəsində Mühasib vəzifəsində 1 ildən çox iş təcrübəsi
- Azərbaycan və Rus dilində biznes kommunikasiya
- Riyazi və analitik düşüncəli
Polimer Sənaye Parkı MMC-nin Baş ofisi Sumqayıtda yerləşir.
Vakansiyaya [email protected] ünvanına mövzuda “Mühasib” qeyd etməklə müraciət edə bilərsiniz.