Əməliyyat şöbəsinə Mütəxəssis

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Əməliyyat şöbəsinə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

- Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin, şirkətdaxili prosedurlara uyğun qaydada operativ şəkildə icrasına nəzarət etmək;
- Kommersiya şöbəsi tərəfindən təqdim edilən müvafiq sənədlərin operativ şəkildə yoxlanması və  təyinatı üzrə təqdimatını həyata keçirmək;
- Əməliyyatın təşkilini və təminini həyata keçirilməsi üçün tələb olunan formatda hesabatlar hazırlamaq;
- Şirkətə aid olan konteynerlərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
- Daxil olmuş sifarişlərin rejimindən asılı olaraq vaqon ayrılması sənədinin alınmasını təşkil etmək;
- Daşıma marşrutuna uyğun razılaşdırma, ödəmənin təsdiqinə dair  teleqramlarının, vaqon ayrılması, mühafizə hesabı və digər müvafiq sənədləri hazırlamaq;
- Daşınmaları problemsiz şəkildə icra edilməsi üçün, müvafiq qurumlar ilə mütəmadi şəkildə əlaqənin saxlanılması;
- Sərhəddən göndərilən hesabatların düzgünlüyünə  nəzarət etmək.

Tələb olunanlar:

- Təhsil dərəcəsi: Bakalavr
- Təhsil istiqaməti və ixtisası: Bütün istiqamətlər üzrə
- Təcrübə: 3 il 
- Dil biliyi: rus dili əla, ingilis dili (bilənə üstünlük verilirl )
- Məsuliyyətli
- İntizamlı
- Kommunikativ
- Kollektivdə işləmək qabiliyyəti
- Dəqiqlik

İş barəsində maraqlananlar Niyyət məktubunu və əmək kitabçasının skan variantını mail adresinə göndərməyiniz xahiş olunur.

E-mail: [email protected] 

E-mailin “Subject” bölməsinə  “Əməliyyat şöbəsinə Mütəxəssis” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 13 Aprel 2018-ci il